Bakıda baş kəsildi - FOTO (YENİLƏNİB-TƏFƏRRÜAT)
Bizi izləyin

Qırmızı.az

Bakıda baş kəsildi - FOTO (YENİLƏNİB-TƏFƏRRÜAT)

Bakıda "Sahil" metrosunun yaxınlığında baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, başı kəsilən Həsən Namiq oğlu Həsənov hadisə baş verərkən tək olmayıb. Belə ki, onun yanında dostu Orxan Təbriz oğlu Məmmədzadə də olub.

Mübahisə zamanı ona da bıçaq zərbələri endirilib. 22 yaşlı Orxan Məmmədzadə Kliniki Tibbi Mərkəzdədir. Onun komada olduğu bildirilir.

Qeyd edək ki, bu gün axşam saatlarında "Sahil" metrosunun yaxınlığında iki gənc arasında mübahisə düşmüşdü. Mübahisə daha sonra davaya çevrilib və gənclərdən biri digərinin boyun nahiyəsindən bıçaqla başını kəsib. Gənc hadisə yerindəcə ölüb. Başı kəsilən şəxs 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovdur.

Qətli törədən gənc hadisə yerindən qaçıb. Onun tapılması istiqamətində axtarışlar davam edir.

Yeni məlumat veriləcək...

23:04

Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

Səbail rayon polis idarəsindən ANS press-ə verilən məlumata görə, hadisə "Sahil" metrosunun yaxınlığında baş verib.

İlkin ehtimala görə, iki gənc arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və gənclərdən biri digərinin boyun nahiyəsindən bıçaqla başını kəsib. Gənc hadisə yerindəcə ölüb.

Qətli törədən gənc hadisə yerindən qaçıb. Cinayətin baş verdiyi yerə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı araşdırılır. Qətli törədən şəxsin axtarışı istiqamətində əməliyyat tədbirləri aparılır.

22:57

Bakıda başı kəsilən gəncin kimliyi bilinib.

Səbail rayon polis idarəsindən ANS-ə verilən məlumata görə, başı kəsilən şəxs 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovdur.

Onun haqqında ətraflı məlumatlar dəqiqləşdirilir. Qatilin axtarışları hələ də davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm