Qırmızı.az
Təcili yardım: qış rejiminə hazırıq
“Təcili yardım sabah proqnozlaşdırılan soyuq hava şəraiti ilə bağlı hazırlıq işləri görüb. Artıq qış rejiminə uyğun maşınlarımız hazırdır”.
Bu sözləri Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova məlumat verib.
Onun sözlərinə görə, artıq dekabr ayının 15-dən həmin maşınlar istifadədədir:
“Adi rejimdə təcili yardımda 140 maşın xidmət göstərir, artıq onlar qış rejiminə uyğun maşınlarla əvəz edilib. Bundan əlavə ehtiyatda da maşınlar var. Həmin maşınlar buzlu və şaxtalı hava şəraitində işləmək qabiliyyətinə malikdirlər. Paytaxtın bəzi ərazilərində buzlu hava şəraitində adi maşınların hərəkət etməsi çətin olur, bu da təcili yardımın işinə mane olur. Buna görə də, qış maşınlarından istifadə edirik. Xüsusən də Yeni Yasamal, Yeni Günəşli, Badamdar, Hövsan, Zığ kimi ərazilərə olan çağırışlar zamanı bu maşınlardan istifadə mütləqdir”.
Soyuq hava şəraitində çağırışların artacağını nəzərə alaraq əlavə həkim briqadalarının cəlb olunmasına gəldikdə, Z.Vahidova buna ehtiyac olmadığını dedi:
“Təcili yardım hər zaman gücləndirilmiş iş rejimində çalışır. Briqadalarımız bütün çağırışlara vaxtında yardım göstərə bilir”.
Gülxar
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı