Azərbaycanda 28 dərəcə şaxta olacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 28 dərəcə şaxta olacaq

Ölkə ərazisində soyuq və küləkli hava şəraiti sabah da davam edəcək. Bu gecə paytaxtda və bölgələrdə şaxtalı hava şəraiti müşahidə ediləcək.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Bu gecə və səhər saatlarında Bakıda və Abşeron yarımadasında qar yağacaq. Yağıntılar sabah günün birinci yarısınadək davam edəcək.

Hazırda müşahidə olunan şimal-qərb küləyi nisbətən mülayimləşəcək. Gecə havanın temperaturu -1-4 dərəcə şaxta olacaq, gündüz temperatur 0 dərəcəyə yaxınlaşacaq. Yollar buz bağlayacaq.

Bölgələrdə də fasilələrlə qar yağacaq. Gecə bəzi bölgələrdə intensiv olacaq. Yağıntıların dağlıq rayonlarda intensiv olacağı proqnozlaşdırılır. Yağıntı daha çox Böyük və Kiçik Qafqaz ətəklərində müşahidə ediləcək.

Səhər günorta saatlarından başlayaraq qərb rayonlarında yağıntının tədricən kəsiləcəyi proqnolaşdırılır.

Aran rayonlarında gecə 2-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Dağlarda gecə 11-16, yüksək dağlıq ərazilərdə 23-28, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm