Ruhi xəstəyə təcavüz etdi, 39 il cəza tələb edildi
Bizi izləyin

Qırmızı.az

Ruhi xəstəyə təcavüz etdi, 39 il cəza tələb edildi

42 yaşlı taksi sürücüsü 20 yaşlı ruhi xəstə qıza təcavüz edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Diyarbakırda baş verən olay zamanı S.T. adlı sürücü qıza təcavüz etdiyi üçün prokuror onun 39 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.

Taksi sürücüsü ona qarşı irəli sürülən ittihamları qəbul etməsə də, məhkəmə onun həbs olunması ilə bağlı qərar çıxarıb.

Diyarbakır Cümhuriyyət Prokurorluğu tərəfindən hazırlanmış iddianaməyə görə, P.G. adlı ruhi xəstə qız 2012-ci ilin may ayında anası ilə birlikdə gəldiyi Dəclə Universiteti Tibb Fakültəsi Xəstəxanasından yoxa çıxıb. Xəstəxananın təhlükəsizlik kamerasındakı qeydləri araşdıran gənc qızın atası P.G.-nin dəhlizdə bir kişilə birlikdə getdiyini gördükdə dərhal bu barədə polisə məlumat verib. Həmin qız iki gün sonra küçədə qohumları tərəfindən tapılıb. Bundan sonra polis və prokurorluq faktla bağlı araşdırmalara başlayıb, müvafiq maddə ilə cinayət işi açılıb. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində 20 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinən taksi sürücüsü yaxalansa da, o, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Lakin olayla bağlı məhkəmə çəkişməsi davam etməkdədir.

İstintaq zamanı ifadəsi alınan qız taksi sürücüsünün xəstəxanada onun yanına gələrək üzərində sənədin olub-olmadığı ilə maraqlandığını bildirib: “O, sənədlərimi təqdim etməyimi tələb etdi. Üzərimdə sənəd olmadığını bildirdikdə, “əgər sənədin olsaydı səninlə evlənərdik” dedi. Bundan sonra S.T. ilə xəstəxanadan birlikdə çıxdıq. Onun taksisi ilə bir yerə getdik. Gecə birlikdə qaldıq və mənimlə cinsi əlaqəyə girdi. Evlənəcəyini dediyi üçün etiraz etmədim. Növbəti gün isə otelə getdik. O, oteldə əllərimi bağladı və məni döyməyə başladı. Nə qədər çalışdımsa da müqavimət göstərə bilmədim. S.T. məni döyə-döyə zorladı. Sonra maşınına mindirib məni bir yol kənarında düşürüb getdi”.

Taksi sürücüsü isə ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O, ifadəsində hadisə baş verdiyi gün xəstəxanaya yaxınlarından birinə baş çəkmək üçün getdiyini qeyd edib: “Xəstəxanadan çıxdıqda qız arxamca qaçdı və hara getdiyimi soruşdu. Müştəri kimi maşina oturdu və Bağlar prospektində düşəcəyini bildirdi. Mən də onu həmin ünvanda düşürdüm. Heç pul da almadım”.

Məhkəmə davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm