Jurnalisti canlı efirdə bıçaqladılar
Bizi izləyin

Qırmızı.az

Jurnalisti canlı efirdə bıçaqladılar

Yunanıstan radiolarının birində insident baş verib.

Publika.az yunan mətbuatına istinadən xəbər verir ki, olay Larisa şəhərində yaşanıb.

“Ok Radio”nun idman müxbiri Yannos Kaloyannis canlı efirdə veriliş apararkən studiyaya naməlum şəxs girib. Həmin şəxs jurnalisti təhqir etməyə başlayıb, hər vəchlə verilişi aparmağa maneçilik törədib.

Sonda Yannos Kaloyannisə arxadan bıçaq zərbəsi vuraraq studiyadan qaçıb.

Jurnalist yaralı olsa da, verilişi yarımçıq kəsməyib, haradasa, 10 dəqiqə ərzində veriliş sona çatanadək iş yerini tərk etməyib.

İş yoldaşları qan içində olan Yannosu xəstəxanaya çatdırıblar. Aşkar olub ki, bıçaq onun kürəyinə 3 santimetr dərinliyə kimi nüfuz edib.

Hazırda jurnalistin həyatına təhlükə yoxdur.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm