Bakıda yaşayış binasında partlayış: 5 yaralı
Bizi izləyin

Qırmızı.az

Bakıda yaşayış binasında partlayış: 5 yaralı

Qaradağ rayonunda 5 mərtəbəli yaşayış binasında partlayış olub.


Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində sahibi məlum olmayan ümumi sahəsi 50 kv.m olan iki otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.


Hadisə nəticəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m, eyvanın yanar konstruksiyaları 4 kv.m sahədə (ümumi 20 kv.m) yanmıb, partlayışın təsirindən mənzilin pəncərə şüşələri dağılıb.


Yanğın zamanı mənzildə yaşayan 5 nəfər müxtəlif yanıq xəsarətləri ilə təcili tibbi yardım tərəfindən Mərkəzi Yanıq xəstəxanasına aparılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm