Zəhərli pivə 56 nəfərin canını aldı
Bizi izləyin

Qırmızı.az

Zəhərli pivə 56 nəfərin canını aldı

Yasda pivə içən 56 nəfər dünyasını dəyişib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mozambikdə baş vermiş olayın səbəbləri araşdırıldıqda pivəyə timsah ödü əlavə olunduğu müəyyənləşdirilib.

Ölkənin şimal-qərbindəki Songo bölgəsinin tibb işçiləri dünən yas mərasimində ənənəvi Mozambik pivəsi olan Pompe içən 56 nəfərin dünyasını dəyişdiyini, Songo və Chitima bölgələrində 51 nəfərin xəstəxanaya yerləşdirildiyini, 146 nəfərin isə müayinə üçün tibb ocaqlarına müraciət etdiklərini bildiriblər. Xəstələrdən alınan qan nümunələri, eləcə də içilən pivə araşdırılmaq üzrə paytaxt Maputoya göndərilib.

Hadisə ilə bağlı cinayət işi açılıb və aidiyyəti qurumlar müvafiq araşdırmalara başlayıblar. İlkin versiyaya görə, pivənin tərkibinə timsah ödü əlavə olunduğundan onu içənlər zəhərlənib.

Qeyd edək ki, pivəni hazırlayan qadının da ölənlər arasında olduğu bildirilir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm