Qırmızı.az
Baş prokurordan yeni təyinatlar (YENİLƏNİB)
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbə müdirinə yeni vəzifə verilib.
Baş prokuror Zakir Qaralovun əmri ilə İdarənin Preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi Vüqar Əliyev tutduğu vəzifədən azad edilib. Baş prokurorun əmri ilə V.Əliyevə Nərimanov rayon prokurorunun vəzifəsinin icrası tapşırılıb.
Bu barədə Publika.az-a V. Əliyev məlumat verib.
Qeyd edək ki, V. Əliyev əvvəllər Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri olub.
***
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə baş prokurorun köməkçisi Anar Nəsibov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi vəzifəsinə isə baş prokurorun digər köməkçisi Orxan İsayev təyin olunub.
Baş prokurorun imzaladığı başqa bir əmrlə isə Zakir Qaralovun köməkçisi Günay İsmayılova Baş Prokurorluğun Kadrlar İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Vazeh
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO