Qənirə Paşayeva Əyyubluda müəllim və şagirdlərlə görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Əyyubluda müəllim və şagirdlərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuzun yaxşı təhsil göstəriciləri olan Eyvaz Bayramov adına 1 saylı Əyyublu kənd orta məktəbini ziyarət edib, müəllim və şagirdlərlə görüşüb, onların qayğı və problemləriylə maraqlanıb. Millət vəkili gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq bildirib ki, Eyvaz Bayramov adına 1 saylı Əyyublu kənd orta məktəbi Tovuzun ən yaxşı təhsil ənənələri olan məktəblərindən biridir və ötən il orta məktəbi bitirən 38 nəfər şagirddən 21-nin tələbə adını qazanmasında fədakar müəllimlərimizin böyük rolu var və gənc müəllimlər belə müəllimlərimizdən örnək götürməlidir.

Məktəbin direktoru Afət Qocayeva və bir sıra müəllimlər çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat verib və fikirlərini söyləyiblər. Millət vəkili Qənirə Paşayeva müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparılıb. Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayan millət vəkili Qənirə Paşayeva bu ilin göstəricilərin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Məktəbin vəziyyəti ilə də maraqlanan millət vəkili Qənirə Paşayevaya müəllimlər yaxşı təhsil ənənələri olan Eyvaz Bayramov adına 1 saylı Əyyublu kənd orta məktəb binasının ciddi əsaslı təmirə ehtiyacı olduğunu deyiblər və bu istiqamətdə millət vəkili kimi dəstək göstərməsini xahiş ediblər. Millət vəkili məktəbin əsaslı təmirinə böyük zərurət olduğunu bildirərək bununla bağlı artıq hökumətə müraciət etdiyini və təkrarən təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini də vurğulayıb.
Millət vəkili məktəbdə şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq, hər bir gəncimiz orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidir. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva müəllim və şagirdlərə müəllifi olduğu kitabları imzalayaraq hədiyyə etməklə yanaşı, gənclərin oxuması üçün çoxlu sayda kitab və hədiyyələrini də məktəbə təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm