Polad Bülbüloğlu Publika.az-a danışdı – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Polad Bülbüloğlu Publika.az-a danışdı – FOTOLAR

Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu Publika.az-a eksklüziv açıqlamasında 70 illik yubileyindən danışıb.

O, 70 illik yubileyinin keçirilməsinə hazırlıq işləri ilə bağlı bu gün Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilməsi məsələsinə də münasibət bildirib.

Səfir sözügedən iclasdan xəbərsiz olduğunu deyib: “Bu barədə ilk dəfə sizdən eşidirəm. Doğrusu, mənim bu iclasdan xəbərim yoxdur. Ancaq dövlətimizin mənə göstərdiyi bu cür diqqət və qayğıdan sevinc hissi keçirirəm”.

Xatırladaq ki, bu il fevralın 4-də Polad Bülbüloğlunun 70 yaşı tamam olur. Bu münasibətlə bəstəkarın 70 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı bu gün Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilib.

Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Nazir müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi iclasda nazirliyin məsul əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib.

Bildirilib ki, yubiley tədbirləri il ərzində Bakıda, Moskvada, Türkiyədə, Gürcüstanda və Rusiyanın bir sıra digər şəhərlərində qeyd ediləcək. Yubileylə əlaqədar fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Eşq və Ölüm" baletinin yeni quruluşda premyerası olacaq. Fevralın 4-də isə Heydər Əliyev Sarayında təntənəli yubiley mərasiminin təşkili nəzərdə tutulur. İclasda yubiley tədbirlərinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm