Qırmızı.az
Ən çirkli şəhərlərimiz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılır.
Departamentdən Publika.az-a verilən məlumata görə, bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə ötən il 93297 nümunə üzərində 18 adda çirkləndirici üzrə 94853 analiz aparılıb.
Bakıda əsas çirkləndiricilərdən toz və formaldehidin orta aylıq qatılığı 2,0 dəfə, azot 4-oksidin 1,5 dəfə, hidrogen flüoridin isə 1,8 dəfə yol verilən qatılıq həddinin keçdiyi qeydə alınıb. Sumqayıtda isə azot 4-oksidin orta aylıq qatılığı 2,25 dəfə, xlorun 2,7 dəfə, hidrogen flüoridin isə 2,2 dəfə yol verilən qatılıq həddini keçdiyi müəyyən edilib.
Mingəçevirdə atmosfer havasının tərkibindəki tozun orta aylıq qatılığı 1,3 dəfə, fenolun 1,7 dəfə, Gəncədə hidrogen flüoridin orta aylıq qatılığı 1,2 dəfə, Şirvanda azot 4-oksidin orta aylıq qatılığı 1,5 dəfə normanı keçib.
Şəki, Naxçıvan və Lənkəranda atmosfer havasının çirklənməsi norma daxilində olub.
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı
-
Ekologiya13 Dekabr 22:14
Naxçıvanda narıncı xəbərdarlıq verildi
-
İdman13 Dekabr 20:20
Messi gəncliyini gördüyü futbolçunun adını açıqladı
-
İqtisadi gündəm13 Dekabr 19:40
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə
-
Magazin113 Dekabr 19:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO