Qırmızı.az
Prezident benzinin qiyməti ilə bağlı qərarı ləğv etdi (YENİLƏNİB)
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci
il yanvarın 12-də keçirilmiş iclasında “Azərbaycan Respublikasının
Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2014-cü il 30 dekabr tarixli Qanununa uyğun olaraq,
neft məhsullarının tariflərinə baxılmış və müvafiq qərar qəbul
olunmuşdu.
Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə
satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə
satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilmişdi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasından
AzərTAc-a bildirilib ki, Vergilər Məcəlləsinə son dəyişikliklərdə
neft məhsullarının hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə
olunmaqla yol vergisinin ödənilməsinin yeni mexanizminin tətbiqi
nəzərdə tutulmuşdu. Tarif Şurası dəyişikliyə uyğun olaraq 12 yanvar
tarixli iclasında neft məhsullarının mövcud pərakəndə satış
qiymətlərinə 2 qəpik yol vergisi əlavə olunmaqla satılması barədə
qərar qəbul etmişdi.
Prezident İlham Əliyev humanist addım ataraq neft məhsullarının
pərakəndə satış qiymətlərinin vətəndaşların mənafeyi nəzərə
alınmaqla tənzimlənməsi barədə Tarif Şurasına tapşırıq verib.
Tapşırığa uyğun olaraq 2015-ci il yanvarın 14-də Tarif Şurasının
növbədənkənar iclası keçirilib və neft məhsullarının qiymətlərinə
yenidən baxılaraq tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul
edilib.
Qərara əsasən, Tarif Şurasının “Ölkə daxilində neft
məhsullarının tariflərinin tənzimlənməsi barədə” 2015-ci il 12
yanvar tarixli qərarı ləğv edilib. Ölkə ərazisində istehsal
edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel
yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi
şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə,
Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti əvvəl
olduğu kimi 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış
qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən olunub.
Həmçinin maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan
263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış
qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.
Qeyd olunub ki, 2015-ci ilədək illik yol vergisini fiziki
şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə
texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan
avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə
təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bundan sonra avtomobil
vasitəsinin istismarına görə yol vergisi hüquqi və fiziki şəxslər
tərəfindən deyil, yanacaq istehsal və idxal edən şirkətlərin
hesabına ödəniləcək.
***
Prezident İlham Əliyev Tarif Şurasının qərarını ləğv edib.
Şuradan Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikası prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib.
İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.
Qərara əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.
Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib.
Həmçinin maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.
Qərar 15 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcəkdir. Qərarın tam mətni Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib.
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO