Qırmızı.az
Hərarət 17 dərəcəyə kimi yüksələcək
Azərbaycanda havanın hərarəti yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, yanvarın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-5
dərəcə, gündüz 9-13 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər
ayrı-ayrı yerlərdə duman, çiskin müşahidə ediləcək. Lənkəran-Astara
zonasında yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı dağlıq
yerlərdə güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz
12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 5-10 dərəcə
şaxta olacaq.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO