Alimlər şagirdlərə dərs keçəcək
Bizi izləyin

Qırmızı.az

Alimlər şagirdlərə dərs keçəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri iki liseydə 6-cıdan yuxarı siniflərdə oxuyan şagirdlərə dərs deyəcəklər.

Publika.az xəbər verir ki, bunu AMEA prezidenti Akif Әlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Bununla bağlı Təhsil Nazirliyi ilə razılıq əldə edildiyini deyən AMEA prezidentinin sözlərinə görə, nazirlik tərəfindən ayrılmış liseylər gənc alimlərin hazırlanması üçün tələb olunan elm zəncirinin qırılmamasına imkan verir:

"Әgər magistraturaya, doktoranturaya qəbul aparırıqsa, onda bu zəncirdə lisey-gimnaziya mərhələsi nəzarətsiz qalırdı. Razılaşmaya əsasən, Təhsil Nazirliyi tərəfindən AMEA-ya 2 lisey ayrılıb. Akademiyanın alimləri 6-cı sinifdən yuxarı siniflərdə müxtəlif istiqamətli təhsil keçəcəklər. Alimlər ora gedib liseydə hansı formada iştirak edə biləcəklərini müəyyənləşdirməlidirlər. Bununla bağlı hazırda danışıqlar aparılır".

A.Әlizadə deyib ki, hələlik akademiyanın universiteti yoxdur. Buna görə də həmin şagirdlər bakalavr pilləsində oxuduqdan sonra AMEA- da magistrtura, doktoratura pilləsində oxuya biləcəklər.

AMEA prezidenti deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantura pilləsinə qəbul əvvəlki illərlə müqayisədə kəskin surətdə azaldılıb: "Çünki az olsun, keyfiyyətli olsun. Bu il 100-120 nəfər qəbul edilib. Plan əsasən yerinə yetirilib".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm