Qırmızı.az
6 manatlıq həyat: sərnişinlərin də həyatı sığortalanacaq
Yol qəzalarının sayının gündən-günə artması, ölüm və yaralı statistikanın çoxluğu sərnişinlərin sığorta olunması məsələsinin həqiqətən də aktual olduğunu göstərir. Belə ki, istər fərdi nəqliyyat vasitələrində, istərsə də şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslarda hər ay xeyli sayda sərnişin həyatını itirir. Çox zaman isə zərərçəkmiş şəxslər heç bir sığorta haqqı almırlar. Artıq bununla bağlı yeni qaydalar müəyyənləşir. Belə ki, ötən gün “Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilib.
Qanunda dəyişikliklər barədə məlumat verən ekspert Azər Allahverənov Publika.az-a bildirib ki, qəzaların və sərnişinlərin ölüm və xəsarət alma hallarının qarşısını almaq üçün sərnişinlərin həyatının sığortalanması gündəmə gətirilir. Ən çox xəsarətlərin şəhərlərarası sərnişin daşımalarında qeydə alındığını deyən ekspertin sözlərinə görə, dəyişiklikdə şəhərlərarası sərnişindaşıma ilə məşğul olan sərnişindaşıma vasitələrinin fərdi qəza növü üzrə sığortalanması məsələsi öz həllini tapıb və artıq Nazirlər Kabinetinə həvalə olunub ki, müəyyən müddət ərzində təklifləri təsdiq etsinlər.
“Şəhərlərarası nəqliyyat daşınmada hər hansı bir qəza baş verərsə, orada zərər çəkən sərnişinlər sığorta olunaraq müvafiq qaydada sığorta haqqını əldə edə biləcəklər. Qanunda müəyyən məsələlər açıq qalır. Nazirlər Kabineti tərəfindən qəbul ediləcək normativ hüquqi aktlarda zərərin növündən asılı olaraq sığorta həcmi müəyyən olunacaq. Amma demək olar ki, proses artıq irəliləyir. Bu gün əgər şəhərlərarası daşınmada iştirak edən nəqliyyat vasitəsində hər hansı qəza hadisəsi yaşanarsa və bundan zərər çəkmiş nəqliyyat vasitələri olarsa, onlar müvafiq qaydada sığorta haqqı ilə təmin olunacaqlar. Qanun tələb edir ki, nəqliyyat daşınmasını həyata keçirən nəqliyyat vasitələri müvafiq sığorta şəhadətnaməsi ilə təmin olunmalıdır. Əks halda, sığorta şəhadətnaməsi olmadığı halda, onun sərnişin daşıması qeyri-qanuni hesab olunacaq”.
Nəqliyyat eksperti Ərşad Hüseynovun Publika.az-a bildirdiyinə görə, “İcbari sığorta haqqında” qanuna əsasən sərnişinlərin fərdi qəza sığortası da gündəmə gəlib. Avtobus sahibləri əvvəlcədən özlərini sığorta edirlər. Sərnişinin kimliyinin isə burada fərqi yoxdur: “Zərərçəkmiş sərnişinə görə sığorta ödənişi veriləcək. Bu, hər sərnişinə görə 6 manatdır. 30 yerlik avtobusa görə avtobus sahibi ildə 180 manat ödəməlidir. Bu, bir il üçün o qədər də böyük rəqəm deyil”.
Sığorta institutunun 4-5 ildir ki, formalaşdığını deyən Ə. Hüseynovun sözlərinə görə, bu, heç bir qiymət artımına səbəb olmayacaq: “Bu, elə də böyük məbləğ deyil. Hər reysə təxminən 50 qəpik düşür. Ona görə də düşünmürəm ki, bu, sərnişindaşımada hansısa qiymət artımına gətirib çıxara bilər”.
Gülnar Əliyeva
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO