Qırmızı.az
Bakıda polisi vuran sürücünün şəxsiyyəti müəyyənləşdi - VİDEO (YENİLƏNİB)
Bakıda polisi vuran sürücünün şəxsiyyəti müəyyənləşdirilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədovun Publika.az-a verdiyi məlumata görə, həmin şəxs 1990-cı il təvəllüdlü Ağsu rayon sakini Hüseynov Cavid Fuad oğludur. Ağsu-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olur.
Vaqif Əsədovun sözlərinə görə, onun vurduğu polis kəllə-beyin travması alıb, həmçinin bud sümüyü sınıb.
Vazeh
***
Bakıda yol polisini maşın vurub.
Bu barədə məlumatı hadisə şahidləri veriblər. Şahidin sözlərinə görə, hadisə ötən gün səhər saatlarında qeydə alınıb. Belə ki, Caz mərkəzinin qarşısında, Rəşid Behbudov küçəsində işıqforun yaşıl işığında gözləyərkən qarşıdan kapotunda polis olan maşın gəldiyini görüb. Avtomobil bir neçə metr polisi sürüklədikdən sonra o, yerə düşüb. Sürücü isə ona yardım etmək əvəzinə sürətlə uzaqlaşıb. Bu zaman polis maşını da onu izləməyə başlayıb. Baş verənlər avtomobildəki videoreqistratorla anbaan lentə alınıb.
Videonun 45-ci saniyəsindən sonra həmin görüntüləri izləyə bilərsiniz.
***
Bakıda yol polisini maşınla vuran şəxs artıq saxlanılıb.
Bu barədə məlumatı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov verib.
Onun sözlərinə görə, ötən gün baş verən hadisə 90 VT023 dövlət nömrə nişanlı "Lada Priora" markalı maşınla törədilib. "Hadisə zamanı maşında 5 nəfər olub. Onlardan 3-ü qız, ikisi isə oğlan olub.
Xəsarət alan polis əməkdaşı hospitala yerləşdirilib". Artıq hadisə ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma başlanılır. (anspress.com)
-
Magazin119:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO
-
Banklar 18:50
Müştərilərini itirən “Yelo Bank”ın kredit oyunu - 516 milyonluq depozit hara gedib?
-
Sosial18:40
Şəhid Xudayarın qardaşı müğənninin qızı ilə ailə qurur
-
Yaxın Şərq16:53
İsrail bu ölkədən qoşunlarını çıxarmağa başladı
-
Rəsmi xronika16:15
Prezident bu Məcəlləyə dəyişiklik etdi: 7 min manatadək cərimə
-
Sosial15:02
Təhsillə bağlı çağırışa möhlət verilməsi qaydasına dəyişiklik edilir
-
Sosial15:00
İlkin hərbi qeydiyyata alınma müddətləri dəyişir
-
Yaxın Şərq14:12
Vaşinqton rəsmən açıqladı: ABŞ və Türkiyə Suriyanın gələcəyi ilə bağlı razılığa gəldi