Qırmızı.az
Nazirlikdən XƏBƏRDARLIQ: Şagirdləri döyməyin!
Son bir neçə gün ərzində orta məktəblərdə şagirdlərin döyülməsi tendensiya halını alıb.
Axar.az təkcə Bakının 53 və Sumqayıtın 37 saylı məktəblərində müəllimlərin şagirdlərə xəsarət yetirməsi haqda yayılan xəbərləri yada salmaqla problemin ciddiliyini diqqətə çatdırır.
Təhsil Nazirliyi mətbuatda yayılan məlumatları izləyib və orta məktəb direktorlara təlim-tərbiyə ilə bağlı işlərə ciddi yanaşmaq təlimatı göndərib. Məktəb direktorlarının nəzərinə çatdırılıb ki, şagirdlərə qarşı həssaslıq artırılsın, belə hallar təkrarlanmasın.
Qeyd edək ki, bu xoşagəlməz hallar Yasamal rayonu, 53 saylı orta məktəblə daha qabarıq şəkildə gündəmə gəldi. İbtidai sinif müəllimi Zülfiyyə Hacıyevanın birinci sinif şagirdi Dəniz Məmmədlinin saçını yolması ciddi etirazla qarşılandı. Sonradan fakt təkzib edilsə və birinci sinif şagirdinin saçının tökülməsi dermotoloji problemlərlə izahlansa da, bu təkzibin hansı səbəblərə bağlı olduğu barədə valideynlər mediaya məlumat sızdırdılar.
Sumqayıtda isə 6-cı sinif şagirdi xəsarət alıb. Sitarə adlı valideyn musavat.com-a bildirib ki, oğlu - 37 saylı orta məktəbin 6-cı sinif şagirdi Pünhan Tanrıverdiyev müəlliməsi Gülşarə Quliyeva və sinif yoldaşı Emin tərəfindən döyülüb.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı