Qırmızı.az
76 milyonluq korrupsiya - 206 cinayət işi məhkəməyə göndərildi (YENİLƏNİB)
Ötən il ərzində Baş İdarənin İstintaq şöbəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Publika.az xəbər verir ki, bu barədə İdarənin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Həmin cinayət işlərindən 16 şəxs barəsində 9 iş rüşvət alma (passiv rüşvətxorluq), 5 şəxs barəsində 4 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 43 şəxs barəsində 22 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 6 şəxs barəsində 6 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 6 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 5 şəxs barəsində 4 iş səhlənkarlıq, 134 şəxs barəsində 79 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 95 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 14 iş saxta sənədlərdən istifadə etmə, 2 şəxs barəsində 2 iş isə digər faktlarla əlaqədar olub.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 76 milyon 165 min 41 manat ziyandan istintaq müddətində 54 milyon 885 min 691 manat və ya 72 faizi ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 3194 müraciətinə baxılıb, həmçinin 218 cinayət xarakterli material araşdırılıb. Həmin cinayət xarakterli materialların 82 faizi üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
K.Əliyevin sözlərinə görə, Baş İdarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 4945 müraciət daxil olub, həmin müraciətlərin 21-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilib.
2014-cü il ərzində Baş İdarənin növbətçi prokurorları tərəfindən korrupsiya və digər hüquqpozmalar barədə müraciət etmiş 807, Baş İdarə rəisi tərəfindən isə 139 vətəndaş qəbul edilməklə ərizələri alınıb, həmin ərizələr üzrə tam və hərtərəfli araşdırmalar aparılmaqla obyektiv qərarların qəbul edilməsi təmin edilib.
Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə Baş İdarənin əməliyyat qurumları tərəfindən 584 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 10, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 11 cinayət işi başlanıb.
Baş İdarənin rəisi həmçinin deyib ki, 2014-cü il ərzində də korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib: "Əhalinin sosial müdafiəsi, səhiyyə, yerli icra orqanları və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilib, həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib".
K.Əliyev bildirib ki, dövlət orqanları tərəfindən öz işçiləri ilə bağlı aparılmış daxili araşdırmalar əsasında Baş İdarəyə 119 material göndərilib. Bunlardan 45 halda Səhiyyə Nazirliyinin, 21 halda Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyinin, 11 halda yerli icra hakimiyyəti orqanlarının, eləcə də Təhsil Nazirliyinin işçiləri intizam məsuliyyətinə cəlb olunublar.
Hüquq-mühafizə orqanları tərəfindən Baş İdarəyə 64 material daxil olub. Onlardan 45 material üzrə cinayət işlərinin başlanılması təmin edilib.
***
K.Əliyev bildirilib ki, ötən il məhkəmələrə göndərilən cinayət işlərindən 3 cinayət işi sosial müdafiə sahəsi üzrə 14 şəxs barəsində, 2 cinayət işi Əmlak Məsələlələri Dövlət Komitəsinin 2 işçisi barəsində, 7 cinayət işi yerli icra hakimiyyəti orqanlarının 7 əməkdaşı barədə, 4 cinayət işi 4 bələdiyyə işçisi barəsində, 3 cinayət işi Səhiyyə Nazirliyinin 3 əməkdaşı barəsində, 19 cinayət işi təhsil sahəsində çalışan 37 şəxs barədə, 1 cinayət işi Mədəniyyət və Turizm Nazirliyinin 1 əməkdaşı barədə, 3 cinayət işi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 4 işçisi barəsində, 18 cinayət işi bank və bank olmayan təsisatların 69 işçisi barəsində, 1 cinayət işi "Azərenerji"nin 1 işçisi barədə, 1 cinayət işi "Azəriqaz"ın işçisi barədə, 1 cinayət işi təbiəti mühafizə sahəsində çalışan 1 işçi barədə, 1 cinayət işi prokurorluq orqanlarının 1 işçisi barədə, 2 cinayət işi Daxili İşlər Nazirliyinin 3 işçisi barədə, 4 cinayət işi Kənd Təsərrüfatı Nazirliyinin 8 işçisi barədə, 60 cinayət işi özəl sektorda çalışan 70 şəxs barədə, o cümlədən 7 cinayət işi tikinti sektorunda çalışan 10 şəxs və digərləri barədə olub.
Onun sözlərinə görə, hazırda özəl şirkətlərdən biri ilə bağlı 35 milyonluq cinayət işi icraatdadır.
o qeyd edib ki, hazırda Baş İdarənin İstintaq şöbəsi tərəfindən 118 korrupsiya cinayəti üzrə ibtidai araşdırma işləri davam etdirilir. Bu ilin əvvəlindən bəzi cinayət işləri artıq məhkəmələrə də göndərilib.
Vazeh Bəhramoğlu
-
Yaxın Şərq11:36
Rusiya-Türkiyə müharibəsi başlayır: Qərbdən ŞOK İDDİA
-
MDB11:24
Putinin hamıdan gizlətdiyi qaranlıq sirri üzə çıxdı: bu ölkədə saxlanır - FOTOLAR
-
Yaxın Şərq10:54
Bəşər Əsəd çıxılmaz vəziyyətdə: Türkiyə ilə təmas axtarmağa başladı
-
Dünya10:06
Suriyada vəziyyət dəyişir: gərginlik pik həddədir - ABŞ bu iki ölkəni ittiham etdi
-
Maraq dünyası09:18
Yaşlandıqca, daha da gözəlləşən bürc
-
Ekologiya07:17
Duman, leysan, qar... - Bu günün HAVASI
-
Magazin205:15
Məşhur aktrisa da azərbaycanlı imiş... - VİDEO
-
Sosial04:44
“Mərhəmətinizə görə sizə minnətdaram” - FOTO