Kamran Əliyev: ”64 korrupsiya faktını digər orqanlar göndərib”
Bizi izləyin

Qırmızı.az

Kamran Əliyev: ”64 korrupsiya faktını digər orqanlar göndərib”

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev tədbirdə çıxış zamanı qeyd edib ki, 2014-cü ildə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edilib.

Belə ki, ötən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə hüquq-mühafizə orqanlarından 64 fakt daxil olub, bundan 45-i barəsində tədbir görülməsi təmin olunub: «Milli Təhlükəsizlik Nazirliyi gördüyü işlərlə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 28 material göndərib, bu materiallardan 20-si barəsində cinayət işi başlanıb.

Xüsusi ilə qeyd etmək istəyirəm ki, bu sahədə Fövəladə Hallar Nazirliyi ilə sıx əməkdaşlıq etmişik. Nazirliyin gördüyü işlərin nəticəsi barədə toplanmış 12 iş idarəyə göndərilib. Bundan başqa, Daxili İşlər Nazirliyi tərəfindən 5, Ədliyyə Nazirliyi tərəfindən 9, Dövlət Miqrasiya Xidməti tərəfindən isə 7 iş Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Həmin işlər üzrə müvafiq tədbirlər görülüb».

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm