Qırmızı.az
Əziz Əliyevin 115 illiyi ilə bağlı elmi konfrans keçirilib
Yanvarın 15-də görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 115-ci ildönümünə həsr edilmiş elmi konfrans keçirilib.
Publika.az “AzərTAc”a istinadən xəbər verir ki, unudulmaz şəxsiyyətin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən konfransda tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İnstitutun rektoru Nazim Qasımov Azərbaycan təbabəti tarixində xüsusi yeri olan Əziz Əliyevin ömür yolundan, səhiyyə quruculuğu sahəsində, Vətən və xalq qarşısında xidmətlərindən danışıb.
Diqqətə çatdırılıb ki, professor Əziz Əliyevin həyat yolu hər bir mərhələdə elmi, pedaqoji, ictimai və dövlət fəaliyyəti sahələri ilə zəngin olub. Ölkəmizdə ali tibb təhsilinin, ixtisasartırma və kadrların yenidən hazırlanması sisteminin, səhiyyə təşkilatları və müəssisələri şəbəkəsinin əsasını qoyanlardan biri kimi onun nəsillərə saxladığı irs öz dəyərini hələ də itirməyibdir.
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafında və beynəlxalq aləmdə tanıdılmasında, milli tibb kadrlarının, səhiyyə işçilərinin hazırlanmasında Əziz Əliyevin fəaliyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, görkəmli alimin ömrünün böyük bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olub.
Konfransın elmi hissəsində təbabətin müxtəlif problemlərinə dair məruzələr dinlənilib.
-
Dünya07:55
6,2 bal gücündə zəlzələ bu ölkəni silkələdi
-
Magazin207:15
Cud Lou “Şöhrət Xiyabanı”nda - Fotolar
-
İKT05:45
DİQQƏT! Şarj kabelləri vasitəsilə bank məlumatlarınızı oğurlaya bilərlər
-
Sosial03:19
Bakıda daha bir ərazidə evlər SÖKÜLƏCƏK - VİDEO
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı