Qırmızı.az
Bakıdakı partlayışlara görə cinayət işi açıldı
Baş Prokurorluq ötən gün baş verən partlayışlarla bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, fevralın 13-də
paytaxda baş vermiş partlayışlarla əlaqədar respublikanın hüquq
mühafizə orqanları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin
görülməsi təmin edilib. Həmin tarixdə saat 16.30 radələrində Xətai
rayonu ərazisində “Lukoil Azərbaycan” QSC-nin yanacaqdoldurma
məntəqəsində yanacaq məhsullarının saxlanılması üçün nəzərdə
tutulan yeraltı dəmir çənlərdə təmir işlərinin aparılması zamanı
baş vermiş partlayış nəticəsində fəhlələr - Həsrət İmamverdiyev və
Şamxal Orucovun ölmələri, Həşim Turabovun isə xəsarət alması
faktına görə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət
Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsilə
cinayət işi başlanıb.
İlkin araşdırma ilə partlayışın neft məhsullarının qapalı mühitdə
buxarlanmasından yaranan təhlükəli hava-qaz qarışığının
alışmasından baş verməsi ehtimal olunur.
Digər hadisə həmin gün saat 11 radələrində Binəqədi rayonu
ərazisində yarımçıq tikilinin zirzəmisində baş verib.
İlkin araşdırmalarla qaz sızmasından baş verməsi ehtimal edilən
partlayış nəticəsində Binəqədi rayon sakinləri - Fillurə Budaqova,
Afiyət İbadova, Tamella Səfərova, Şücayət Qədimova və Tərlan
Kazımov müxtərlif dərəcəli xəsarətləri almış, avtomobil, yaşayış
binası və ticarət obyektlərinə zərər dəymişdir. Həmin faktla bağlı
rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq)
maddəsi ilə cinayət işi başlanıb.
Xəsarət almış şəxslər dərhal xəstəxanalara yerləşdirilərək onlara
ilkin tibbi yardım göstərilib. Hadisələrin baş vermə səbəblərinin
müəyyənləşdirilməsi məqsədi ilə cinayət işləri üzrə zəruri
ekspertizalar təyin edilmiş və hazırda istintaq tədbirləri davam
etdirilir.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO