Qırmızı.az
Mənzildən istifadə hüququ ilə bağlı yeni QƏRAR
Konstitusiya Məhkəməsi yaşayış sahəsindən istifadə hüququ ilə bağlı qərar qəbul edib.
Məhkəmədən Publika.az-a verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olub.
İclasda Mülki Məcəllənin 228.1-ci və 228.2-ci, Mənzil
Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair
Suraxanı Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə
baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin
ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci
Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən
özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
Bu şəxslər sırasına qardaş, bacı, baba, nənə, ögey oğul və ögey qız
daxildir.
Məcəllənin 30.1-ci maddəsində deyilir:
Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus
yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas
verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil,
ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu
hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin
228.1-ci və 228.2-ci maddələrinə əsasən notariat qaydasında
müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində
qeydə alınması tələb olunmur.
30.2-ci maddədə deyilir:
Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Region06:16
Suriya məsələsi ANKARANIN GÜNDƏMİNDƏ - Fidan təzəlikcə kimlərlə danışıb?
-
Magazin203:43
Teleserial ulduzu alt paltarsız poza verdi - FOTO
-
Cənubi Qafqaz01:41
Gürcüstanın parlament binasına FİŞƏNG ATILDI
-
Hadisə01:00
Sumqayıtdan daha bir ACI XƏBƏR GƏLDİ
-
Dünya00:32
Bəşər Əsəd və ailə üzvlərinin Moskvadan görüntüsü yayıldı - VİDEO
-
Qoroskop00:25
Günün ULDUZ FALI - İstəkləriniz gərginlik yarada bilər
-
Yaxın Şərq8 Dekabr 22:20
Moskva Suriya ilə bağlı BMT-dən görün nə tələb etdi