TRT 20 Yanvar faciəsi ilə bağlı geniş proqramlar yayımlayacaq
Bizi izləyin

Qırmızı.az

TRT 20 Yanvar faciəsi ilə bağlı geniş proqramlar yayımlayacaq

Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü TRT kanalları vasitəsilə xəbər və proqram şəklində bütün dünyaya çatdırılacaq.

Bu barədə Publika.az-a TRT-nin Bakı nümayəndəsi Yildiray Arslan məlumat verib.

Onun sözlərinə görə, 1990-cı ilin 20 yanvarında Bakının küçə və meydanlarında qəhrəmanlıq dastanı yazılıb. Yildiray Arslan deyib ki, TRT 20 Yanvar gecəsində yaşanan faciəni fərqli şəkildə ekranlara gətirəcək: “TRT Bakı Təmsilçiliyi Azərbaycan Dövlət Televiziyasının (AzTV) texniki dəstəyi ilə 20 Yanvar hüzn gününü canlı yayımlarla Şəhidlər Xiyabanından həyata keçirəcək. Canlı yayımlarda o gecənin şahidləri ilə yanaşı, Azərbaycan Prezident yanında İdarəçilik Akademiyasının Dövlət Geostrateji Araşdırmalar Mərkəzinin sədri Elman Nəsirli, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı və TRT Bakı Təmsilciliyinin müxbiri Səlim Toprak iştirak edəcəklər”.

Yildiray Arslan deyib ki, “TRT Avaz” kanalının koordinatoru Murat Akkoç da 20 Yanvar gününü bütün Azərbaycan kanalları kimi anım günü olaraq qeyd edəcəklərini, gün ərzində yayımlar vasitəsilə qardaş Azərbaycanın dərdinə şərik olacaqlarını söyləyib: “Bu proqram, xəbər və canlı bağlantılar “TRT Haber”, “TRT Avaz” və “TRT Türk” kanallarında yayımlanacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm