Qırmızı.az
“Rəhbərlik ana-bacı söyüşü qoyub” – Bakıda sürücü-sərnişin davası
Bu gün səhər saatlarında “7-ci mikrorayon - Mərkəzi Univermaq” istiqamətində hərəkət edən 33 saylı marşrut avtobusunun sürücülərindən biri ilə sərnişinlər arasında insident yaşanıb.
Bu barədə Publika.az-a xəbər verən sərnişinlərin sözlərinə görə, marşrut avtobusunun sürücüsü sərnişinləri lazım olan dayanacaqlarda deyil, küçənin ortasında boşaldıb. Həmçinin dayanacaqda avtobus gözləyən sərnişinlərin avtobusa minməsinə imkan verməyib. Sərnişinlər buna etiraz edərək, ondan həmişəki xətt üzrə getməyi tələb ediblər. Redaksiyamıza müraciət edən şəxs bildirib ki, sürücü avtobusu Gənclik metrostansiyasındakı dayanacaqda saxlamaq əvəzinə, metroya gedən yoldakı tuneldə saxlayıb və metrodakı dayanacaqda düşmək istəyən sərnişinlər də məcbur olub tuneldə avtobusdan düşüblər.
Sürücü isə bildirib ki, 33 saylı marşrutun rəhbərliyi guya xətdə gecikənlərə ana-bacı söyüşü qoyub. Həmçinin təyin olunmuş vaxtlarda dayanacaqda olmayan sürücülər rəhbərlik tərəfindən cəzalandırılır. Bu səbəbdən də, onlar məcburiyyət qarşısında qalıb bu addımı atırlar.
Qeyd edək ki, bu, Publika.az-a 33 saylı marşrut avtobusunun sürüclərinin qanunsuz əməlləri və özbaşınalıqları haqda daxil olan ilk fakt deyil. Redaksiyamıza belə xoşagəlməz hallarla bağlı dəfələrlə müraciət daxil olub. Bəzən isə əməkdaşlarımız da həmin marşrut avtobuslarının bu cür özbaşınalıqları ilə qarşılaşıblar.
Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov Publika.az-a bildirib ki, sərnişinlər onlara qarşı kobudluq etmiş sürücünün idarə etdiyi avtobusun dövlət nömrə nişanını qeyd edib, onlara müraciət etsin: “Sərnişinlər konkret avtobusun nömrəsini bizə versinlər. Biz də tədbir görüb həmin sürücünü cəzalandıraq”.
33 saylı marşrut avtobusunun sahibkarı Eldar Sultanov isə bildirdi ki, o, heç vaxt gecikən sürücülərə belə xoşagəlməz qadağa qoymayıb: “Əgər onlar məni nəzərdə tuturlarsa, sürücülərə heç vaxt belə qadağa qoymamışam. Onlar dispetçeri nəzərdə tuturlarsa, araşdıracam, əgər doğrudan da, dispetçer belə bir nalayiq ifadəli tapşırıq veribsə, onu işdən kənarlaşdıracağam. Həmin sürücü də cəzalandırılacaq. Artıq bir neçə gündür, Ayna Sultanova heykəlinin yaxınlığındakı yolda tıxac var. Gecikmələrin olması mümkündür.”
Anar Tağıyev
-
Dünya13:37
Bəşər Əsədin 2014-cü ildə öldürülən əmisi oğlunu "asdılar" - FOTOFAKT
-
Cənubi Qafqaz12:53
Bakı və İrəvan Vaşinqtona nə deyir? - Narışkin ABŞ-ın planını de-şifrə etdi
-
Hadisə11:55
Bu rayonun icra başçısının tükürpədən əməlləri
-
İKT11:06
“Whatsapp”a "ev yıxan" yenilik gəlir
-
Yaxın Şərq10:30
Rusiyanın hərbi bazaları necə olacaq? - Suriyanın yeni hakimiyyətindən rəsmi açıqlama
-
Avropa09:18
Zelenski Parisdə Trampa görün nə deyibmiş: Putin yalnız ondan qorxur və...
-
Dünya09:12
Ağlasığmaz məbləğ: Əsəd Suriyadan bu qədər pul çıxarıb
-
İdman08:48
Qurban Qurbanovun oğlu "Traktor"a transfer olunur?