Qırmızı.az
Səfir Mag. Aksel Vex: “Khazar İslands” Azərbaycan üçün çox önəmli layihədir"
Hacı İbrahim Nehrəmlinin prezidenti olduğu “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsinə maraq hər ötən gün artır. Diplomatların və əcnəbi iş adamlarının layihə ilə yaxından maraqlanması, Azərbaycan haqqında nüfuzlu xarici media quruluşlarında yer alan məlumatlarda “Khazar İslands”ın xüsusi qeyd edilməsi də buna sübutdur.
Son üç ayda Yaponiya, Malayziya, Səudiyyə Ərəbistanı, İsrail və Rusiyanın səfirlərinin, İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin “Khazar İslands” layihəsi ilə tanış olmaq üçün layihənin həyata keçirildiyi ərazidə olublar. Yalnız yeni ilin ilk üç həftəsi ərzində İtaliyanın ANSA xəbər agentliyi və Almaniyanın "P.T. Magazine" onlayn biznes jurnalının Azərbaycandan bəhs edən məqalələrində “Khazar İslands” və "Azerbaijan Tower" haqqında məlumatlara da geniş yer verilib.
İndi isə Avstriyanın Azərbaycandakı səfiri Mag. Aksel Vex “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsi ilə tanış olmaq üçün tikinti işlərinin həyata keçirdiliyi səfər edib. Hacı İbrahim Nehrəmli ilə görüşən səfir Mag. Aksel Vexa “Khazar İslands” haqqında geniş məlumat verilib. Bundan sonra səfir Mag. Aksel Vex görülən işlərlə tanış olmaq üçün tikinti meydançasını gəzib. Görülən işləri yüksək qiymətləndirən Mag. Aksel Vex “Khazar İslands” layihəsini Azərbaycan üçün çox önəmli layihə olduğunu söyləyib və belə möhtəşəm layihəni həyata keçirməsi münasibəti ilə Hacı İbrahim Nehrəmlini təbrik edib, onun uzaqgörən iş adamı kimi xarakterizə edib.
“Avesta Concern”in prezidenti səfir Mag. Aksel Vexa “Khazar İslands” layihəsinə Avropa və Asiya şirkətlərinin maraq göstərməsi, bir sıra şirkətlərlə əməkdaşlığın əsasının qoyulması haqqında məlumat verib və Avstriya şirkətləri ilə də əməkdaşlığa hazır olduqlarını söyləyib. Hacı İbrahim Nehrəmli Avstriyanın tikinti şirkətlərinin inşaat işlərində daima yenlikçi olduqlarını, buna görə Avstriya şirkətləri ilə əməkdaşlıqda daha maraqlı olduqlarını da qeyd edib.
Səfir Mag. Aksel Vexa da öz növbəsində Avstriya şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə yer almasının onların da maraqlarında olduğunu, bunun üçün səfir kimi əlindən gələni etməyə hazır olduğunu qeyd edib. “Khazar İslands” layihəsinə daxil olan və artıq fəaliyyət göstərən “Stingray” restoranı ilə tanış olan səfir Mag. Aksel Vexa buarada tətbiq olunan texnologiyanı və göstərilən xidməti yüksək qiymətləndirib. Səfir Mag. Aksel Vexı “Khazar İslands”a səfərdə səfirliyin konsulluq xidmətinin rəhbəri xanım Ute Friessner və səfirin köməkçisi Yusif Abdullayev müşaiyyət ediblər.
-
Hadisə14:16
Tələbə ürəktutmadan öldü - FOTO
-
Ekologiya12:05
Bakı-Şamaxı yolunda qar hərəkəti iflic etdi - VİDEO
-
Qoroskop11:12
Yeni il bu bürclərə düşərli olacaq
-
Sosial10:16
"Şokolad trendi" ilə bağlı fərqli videolar və TANINMIŞLARIN REAKSİYASI
-
Ekopublika.az10:00
Hamı evini satıb gedir: 3 otaqlı mənzillər 75 min manata...
-
Ekologiya09:33
Bakıya qar yağır - Faktiki hava
-
Hadisə09:10
Azərbaycanda evdə partlayış oldu: xəsarət alan var
-
Nəqliyyat08:55
Bu yolda sürət həddi endirildi