Qırmızı.az
Lənkəranda 47 yaşlı qadın özünü quyuya atıb
Lənkəranda intihar hadisəsi baş verib.
Hadisə fevralın 14-də rayonun Gərmətük qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Göyçək Səfər qızı Əliyeva
özünü yaşadığı evin həyətindəki su quyusuna atıb.
Hadisə barədə ilk xəbər tutan onun qardaşının həyat yoldaşı olub.
O, dərhal hadisə barədə qonşulara xəbər verib. Onların köməkliyi
ilə mərhumun cəsədi quyudan çıxarılıb.
Yaxınlarının bildirdiyinə görə, Göyçək Əliyeva ruhi xəstə olub.
Əvvəllər uzun müddət çay fabrikində çalışıb. Dəfələrlə özünü
öldürəcəyi barədə yaxınlarını xəbərdar edib. Göyçək Əliyevanın ailə
həyatı qurmadığı bildirilir. Evdə isə qardaşı və onun həyat yoldaşı
ilə birgə yaşayıb.
O, 6 metr dərinliyi olan quyuya başı üstə düşüb. İntihar edərkən
isə evdə tək olub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
/anspress/
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ