Bakıda evləri su basdı: 5 nəfər təxliyyə edildi
Bizi izləyin

Qırmızı.az

Bakıda evləri su basdı: 5 nəfər təxliyyə edildi

Bakıda 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və vətəndaşlar təhlükəsiz əraziyə köçürülüblər.

Axar.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.

Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb. Keçirilmiş əməliyyat zamanı 5 nəfər təhlükəsiz əraziyə köçürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm