Qırmızı.az
Hacıbala Abutalıbovun idarəsi ilə bağlı qərar verildi
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
Palatadan Publika.az-a verilən məlumata görə, kollegiya iclasında dövlət əsaslı vəsait qoyuluşundan “Bakıelektrikşəbəkə” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə, Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının, eləcə də, dövlət gəlirlərinin yığılmasının və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna görə, Hesabat və Rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair audit tədbirlərinin nəticələri barədə qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiyada, eyni zamanda, dövlət büdcəsinin “Mənzil və kommunal
təsərrüfatı” bölməsindən Xətai rayon İcra Hakimiyyətinin
tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış
vəsaitlərin proqnozlaşdırılması və icrası, Naxçıvan Muxtar
Respublikasının büdcəsindən Naxçıvan Dövlət Texniki Kollecinin
saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və büdcədənkənar
vəsaitlərin icrası, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin
formalaşması və istifadə vəziyyətinə dair Analitik təhlil üzrə
Audit proqramları təsdiq olunub.
Gülnar
-
Sosial12:28
Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ
-
Yaxın Şərq11:36
Rusiya-Türkiyə müharibəsi başlayır: Qərbdən ŞOK İDDİA
-
MDB11:24
Putinin hamıdan gizlətdiyi qaranlıq sirri üzə çıxdı: bu ölkədə saxlanır - FOTOLAR
-
Yaxın Şərq10:54
Bəşər Əsəd çıxılmaz vəziyyətdə: Türkiyə ilə təmas axtarmağa başladı
-
Dünya10:06
Suriyada vəziyyət dəyişir: gərginlik pik həddədir - ABŞ bu iki ölkəni ittiham etdi
-
Maraq dünyası09:18
Yaşlandıqca, daha da gözəlləşən bürc
-
Ekologiya07:17
Duman, leysan, qar... - Bu günün HAVASI
-
Magazin205:15
Məşhur aktrisa da azərbaycanlı imiş... - VİDEO