Qırmızı.az
Bakıda zəncirvari qəza: yaralılar var
Gecə Xarici Dairəvi yolun Bakının Yasamal rayonu ərazisindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
Orxan Tağızadə idarə etdiyi “Toyota” markalı avtomobillə
Lökbatan dairəsindən şəhərin mərkəzi istiqamətində yüksək sürətlə
hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil magistral
yoldakı arakəsməyə çırpılıb və daha sonra hərəkətdə olan “VAZ-2107”
markalı digər nəqliyyat vasitəsinin üstünə aşıb.
Baş verən yol qəzasının fəsadları bununla da bitməyib. “TOYOTA”
markalı avtomaşının akkumulyatoru avtomaşından çıxaraq yol
kənarında dayanan “Ford” markalı sərnişin avtobusuna
çırpılıb.
Qəza nəticəsində sürücü Orxan Tağızadə və onun avtomobilində
olan 3 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı
xəstəxanaya çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin
vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə
yerləşdirilib.
Hadisənin təfərrüatlarını isə Yasamal polisi araşdırır.(ans)
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...