Ramil Usubov polislərə tapşırıq verdi
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov polislərə tapşırıq verdi

Yanvarın 27-də Daxili İşlər Nazirliyində 2014-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Pulika.az-ın məlmatına görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, 2014-cü il də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətli inkişafı, sosial-iqtisadi sahədə uğurların artması, beynəlxalq nüfuzunun yüksəlməsi ilə səciyyəvi olub, aparılan quruculuq işlərinə, tərəqqi proseslərinə zəmin yaradan ictimai asayiş, sabitlik və daxili təhlükəsizlik etibarlı qorunub.

Qeyd olunub ki, möhtərəm Prezidentin fərman, sərəncam və tapşırıqlarından, aidiyyəti plan və proqramlardan irəli gələn vəzifələr vaxtında və tam yerinə yetirilib. Vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin edildiyi dövlət imicini bir daha təsdiqləyən respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən il də MDB və Şərqi Avropa məkanında öncül mövqedə olub.

Ramil Usubov ötən hesabat ilində cinayətlərin qarşısının alınması, açılması, təqsirləndirilən şəxslərin axtarışının təşkili, istintaqın və təhqiqatın keyfiyyətinin daha da yaxşılaşdırılması, qanunçuluğun, hüquq qaydasının möhkəmləndirilməsi və digər sahələrdə normativ hüquqi aktların, vəzifə təlimatlarının tələblərinin bütövlükdə layiqincə yerinə yetirildiyini, göstərilən sahələrdə əldə edilmiş nəticələrin qənaətbəxş olduğunu bildirib. Bununla belə, beynəlxalq və respublika əhəmiyyətli mühüm tədbirlərlə zəngin olan 2015-ci ildə də qarşıda mühüm vəzifələr durduğunu, ayrı-ayrı ərazi polis orqanlarında kriminogen durumda baş verən dəyişikliklərə operativ reaksiya verilməməsinin əməliyyat-xidməti fəaliyyətin bəzi istiqamətləri üzrə ümumi nəticələrə mənfi təsir göstərdiyini nəzərə çatdırıb, konkret tapşırıq və tövsiyələrini verib.

Bildirilib ki, əldə olunmuş müsbət nəticələr inkişaf etdirilməli, nöqsan və çatışmazlıqlar tam aradan qaldırılmalı, orqan və hissələr müasir dövrün çağırış və təhdidlərinə daim hazır olmalı, transmilli mütəşəkkil cinayətkarlığın, dini radikalizmin qarşısı vaxtında və qətiyyətlə alınmalıdır. O deyib ki, ilk növbədə Nazirliyin aidiyyatı baş idarələri ailə münaqişəsi zəminində baş verən cinayətlərin qarşısının alınmasına yönəlmiş maarifləndirmə tədbirlərinin keçirilməsini, məişət zorakılığı törətmiş şəxslərin qeydiyyatının, qabaqlayıcı işin aparılmasını və digər mühüm vəzifələrin icrasını daha məqsədyönlü təşkil etməli, müvafiq sahədə yerlərə əməli köməklik göstərilməli, həmçinin, əvvəllər məhkum olunmuş şəxslərin sosial adaptasiyası üzrə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət gücləndirilməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm