Qırmızı.az
Salyan sakini quduzluqdan öldü
Salyanda bir-neçə gün bundan əvvəl canavar hücumuna
məruz qalan rayon sakini dünyasını dəyişib.
APA-nın Mil-Muğan bürosuna mərhumun qohumlarının verdiyi xəbərə
görə, hadisə Salyan rayonunun ərazisində baş verib. Rayonun
Qırxçıraq yaşayış massivinin sakini, 22 yaşlı Raqif Mirzəyev çöldə
heyvanları otararkən canavar sürüyə hücum edib. Qoyunlara hücum
zamanı “coban iti” ilə boğuşan canavarı vurmaq istəyən Raqif
Mirzəyev əlindən yaralanıb. Amma əlinin it və ya canavar tərəfindən
dişlənməsinin fərqinə varmayıb. Buna ciddi yanaşmayan Rafiq
Mirzəyevin bir neçə gün sonra səhhəti pisləşib. Həkimlərə olan
gecikmiş müraciət isə nəticə verməyib. Bakı şəhərinə xəstəxanaya
yerləşdirilən və quduzluqdan müalicə olunan Rafiq Mirzəyevin
vəziyyəti pisləşdiyindən orada dünyasını dəyişib.
Salyan rayon yoluxucu xəstəliklər şöbəsindən APA-ya verilən
məlumata görə, onlara canavar dişləməsi əlamətləri ilə müraciət
edən olmayıb. Salyan baytarlıq idarəsi də əvvəl hadisədən
məlumatsız olub. Çünki baş verən hadisə barədə onlara vaxtında
müraciət edən olmayıb. Yalnız Raqif Mirzəyevin səhhəti pisləşəndən
sonra onun canavar tərəfindən dişləndiyi haqqında onlara məlumat
daxil olub.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO