Qırmızı.az
Əhməd Əhmədzadənin səlahiyyəti azaldıldı
Nazirlər Kabineti “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişikliklər edib.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanına uyğun olaraq meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini "Meliorasiya və Su Təsərrüfatı" ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirib.
Dəyişikliyə əsasən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin bu sahədə səlahiyyəti ləğv edilib. Dəyişiklikdən sonra meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirəcək.
Məlumat üçün bildirək ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadədir.
Gülnar Əliyeva
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO