Qırmızı.az
ÜST: “Piylənmədən əziyyət çəkən uşaqların sayı artıb”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertlərinin hesablamalarına görə, dünyada xəstəlik və ölüm hallarının əsas qarşısı alına bilən səbəblərindən biri havanın çirklənməsidir. Onlar ildə təqribən 4,3 milyon ölüm faktını məişət şəraiti - otaqlarda havanın çirklənməsi, daha 3,7 milyonunu açıq havanın çirklənməsi ilə bağlayırlar.
Publika.az-ın məlumatına görə, bu fikirlər Cenevrədə ÜST İcraiyyə Komitəsinin 136-cı sessiyasında səsləndirilib.
Sessiyanın daha bir sənədinə görə, körpələr, uşaqlar və yeniyetmələr arasında piylənmə problemi bütün ölkələrdə təhlükəli miqyas alır. Son 20 ildən çox müddətdə təkcə Afrika qitəsində artıq çəkidən və ya piylənmədən əziyyət çəkən uşaqların sayı artaraq 4 milyondan 10 milyon nəfərə çatıb. Piylənmədən əziyyət çəkən uşaqların sayı dünya üzrə artaraq, 1990-cı ildə 31 milyon nəfərdən 2014-cü ildə 42 milyon nəfərə çatıb. Ekspertlər bildirirlər ki, uşaqlar arasında piylənmə təhlükəli xəstəliklərin, o cümlədən diabet və ürək xəstəliklərinin vaxtından əvvəl inkişafına səbəb olur.
ÜST-ün İcraiyyə Komitəsinin sessiyası fevralın 3-dək davam edəcək. Sessiya iştirakçıları ana və uşaq ölümü problemini, vaksinasiya, habelə qlobal miqyasda epilepsiya və uşaqlar arasında piylənmə məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, Səhiyyə Naziri Oqtay Şirəliyev ÜST İcraiyyə Komitəsinin sessiyasında iştirak edir. Keçirilən tədbirin gündəliyinə ÜST islahatları, “Avropa Sağlamlığı 2020” konsepsiyasının təqdimatı, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri, Avropa Səhiyyəsində prioritetlər, Avropada ÜST ofislərində kadr islahatları, beynəlxalq təşkilatlarla əməkdaşlıq, anaların, südəmər və azyaşlı uşaqların qidalanması, zorakılıq və onun sağlamlıq üçün nəticələri daxil edilib.
Gülxar
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO