Qırmızı.az
6 kiloqram narkotik tutuldu
Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda 55 saylı Bakı-Moskva sərnişin qatarında Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Hüseynov Turac Rəhman oğlunun əl yükünə keçirilmiş gömrük baxışı zamanı ona məxsus çemodanın alt hissəsindəki astarın içəri hissəsində gizlətdiyi 6 ədəd bağlamada külli miqdarda, ümumi çəkisi 5 kq 880 qram həşiş qətranı narkotik vasitəsi gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Hüseynov Turac Rəhman oğlu şübhəli şəxs qismində tutulub, ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib və Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda isə İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşı Qurbanova Pərvanə Bayram qızının üzərində aparılmış şəxsi yoxlama zamanı onun daxili orqanından, gömrük nəzarətindən gizlədilmiş, selofana bükülü 2 ədəd bükümdə, ümumi xalis çəkisi 172,756 qram olan narkotik vasitə heroin aşkar edilib.
Bundan sonra Qurbanova Pərvanə Bayram qızından aşkar edilən narkotik vasitə heroini qəbul edəcək şəxsin müəyyənləşdirilərək saxlanılması istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş və narkotik vasitəni qəbul edəcək Azərbaycan Respublikası vətəndaşı Qarayev Rəşad Ağaverdi oğlu Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunun qarşısında saxlanılmışdır.
Aşkar edilmiş faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO