Qırmızı.az
Rezidenturaya ərizə qəbulu başladı
Rezidentura səviyyəsinə keçiriləcək qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsilə fevralın 16-dan 23-dək aparılacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından
Publika.az-a verilən məlumata görə, namizəd
şəxsiyyət vəsiqəsinin seriyasından, nömrəsindən və PİN kodundan və
“TQDK-nın virtual ödəmə kartı”nda göstərilən iş nömrəsi və şifrdən
istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə
(eservices.tqdk.gov.az/erizerez/erize) daxil olub “Namizədin
elektron ərizəsi” formasını doldurur.
Namizədlər “Namizədin elektron ərizəsi” formasını Azərbaycan
Tibb Universitetində və TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Xaçmaz,
Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində
yaradılmış SQK-da təsdiq etdirirlər.
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin
məzunları ”Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış
(Ünvan: Bakı şəh, Yasamal r-nu, M.Müşfiq küç. 1A) SQK-da doldurur
və təsdiq etdirirlər.
Ali təhsil müəssisələrini xarici ölkələrdə bitirən Azərbaycan
Respublikasının vətəndaşları ”Namizədin elektron ərizəsi” formasını
TQDK-da yaradılmış (Ünvan: Bakı şəh., Yasamal r-nu, M.Müşfiq küç.
1A) SQK-da təsdiq etdirirlər.
Rezudenturaya qəbul olmaq istəyən əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər “Namizədin elektron ərizəsi” formasını TQDK-da
yaradılmış (Ünvan: Bakı şəh., Yasamal r-nu, M.Müşfiq küç. 1A)
SQK-da təsdiq etdirirlər.
Namizədlər ərizələrini təsdiq etdirmək üçün 2015-ci il fevralın
16-dan 23-dək (şənbə və bazar günləri istisna olmaqla) saat
9:00-dan 17:00-dək SQK-ya tələb olunan sənədlərin əslini şəxsən
təqdim etməlidirlər.
Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin qəbul proqramı əsasında baza fənləri, ikinci mərhələdə isə onun ixtisas fənləri üzrə bilikləri yoxlanılır.
İmtahanın birinci mərhələsi 2015-ci il martın 15-də, ikinci mərhələsi 2015-ci il iyulun 7-də keçiriləcəkdir.
-
Hadisə12:31
Bakı metrosunda faciəli şəkildə ölən kişi TANINMIŞ ŞƏXSİN QARDAŞIDIR
-
Region11:46
Türkiyə ilə Ermənistan anlaşma əldə etdi: Mirzoyan açıqladı
-
Elm və təhsil11:21
Alimlər Allahın işinə əl uzatdı: "Hər şeyə qadir" 12 barmaqlı insan yaradılır
-
Dünya10:51
Putinin əlinə çəkdiyi krem görün necə satılır
-
Region10:10
Türkiyəyə təklif edilən mühüm layihə: reallaşarsa... - ABŞ təzyiqlərə başladı
-
Hadisə09:42
"Tarovı"da gərginlik: Gənc qız sevgilisini... - VİDEO
-
Sosial09:12
Bu tarixdə ət UCUZLAŞACAQ - VİDEO
-
Hadisə08:25
12 yaşlı yeniyetmə süni göldə batdı