Qırmızı.az
Rezidenturaya sənəd qəbulu başlandı
Azərbaycanda bu gündən rezidentura səviyyəsinə
keçiriləcək qəbul imtahanında iştirak etmək üçün namizədlərin
ərizələrinin qəbuluna başlanılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, ərizə qəbulu internet vasitəsi ilə fevralın 16-dan 23-dək aparılacaq.
Namizəd ərizəni doldurduqdan sonra tələb olunan sənədləri
müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Namizədin
elektron ərizəsi” formasını təsdiq etdirməlidir.
Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin
birindən “Elektron imza” sertifikatını əldə etmiş namizədlər həmin
sertifikatlardan istifadə etməklə “Namizədin elektron ərizəsi”
formasını SQK-ya müraciət etmədən özləri təsdiq edə
bilərlər.
Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci
mərhələdə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq
namizədin qəbul proqramı əsasında baza fənləri, ikinci mərhələdə
isə onun ixtisas fənləri üzrə bilikləri yoxlanılır.
İmtahanın birinci mərhələsi martın 15-də, ikinci mərhələsi iyulun 7-də keçiriləcək.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ