Qırmızı.az
Bakıda İŞİD-çilərin məhkəməsi başladı
Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə bu gün
Azərbaycan vətəndaşları Firdovsi Yusifov ilə Taleh Sultanovun işi
üzrə hazırlıq iclası keçirilib.
Publika.az istintaq materiallarına əsasən xəbər verir ki, müttəhimlər Pakistanda terrorçuların tərəfində hökumət qoşunlarına qarşı döyüşüblər. Sonradan Suriyaya keçərək İŞİD-ə qoşulublar.
Onlar 2013-cü ilin avqustunda İran ərazisinə qanunsuz keçərkən
saxlanılıb, 2014-cü il aprelin 24-də Azərbaycan tərəfinə təhvil
veriliblər. T.Sultanovun həyat yoldaşı və qaynanası da Suriyaya
gedib və indiyədək qayıtmayıblar.
Müttəhimlər ittiham üzrə özlərinin təqsirli saymadıqlarını
bildiriblər. Məhkəmə prosesi martın 6-da davam edəcək.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Milli Təhlükəsizlik
Nazirliyi Suriyada və Pakistanda hərbi əməliyyatlarda iştiraka görə
26 nəfərin həbs olunduğunu açıqlayıb.
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO