Metroda yenə problem yaşandı
Bizi izləyin

Qırmızı.az

Metroda yenə problem yaşandı

Bu gün səhər saatlarında “Elmlər Akademiyası” metrostansiyasında eskalatorda problem yaranıb. Səhər saatlarında sərnişinlərin sayının çox olması stansiyada sıxlığa səbəb olub.

“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, hadisəyə eskalatorun əsas yürüyünün rezininin çıxması səbəb olub:

“Problem 2 dəqiqə ərzində aradan qaldırılıb. Səhər saatlarında “Elmlər Akademiyası” stansiyasında eskalatorların biri aşağı, ikisi yuxarı istiqamətdə hərəkət edir. Yuxarı istiqamətdə hərəkət edən eskalatorların birində belə kiçik problem yaranıb. Bu hadisənin baş verməsi səbəblərindən biri də eskalatorların yüklənməsidir. Çünki səhər saatlarında həmin stansiyada istifadəçilərin sayı çox olur. Bundan başqa, sərnişinlərin eskalatordan düzgün istifadə etməməsi də problem yaradır. Lakin bu, ciddi problem deyil, narahatlığa səbəb olmayıb”.

Qeyd edək ki, həmin stansiyada eskalator ötən ilin yay fəslində əsaslı təmir edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm