Qırmızı.az
Ticarət mərkəzində yanğın: 9 ölü - FOTO
Xilasedicilər Kazan şəhərində yanmış “Admiral” ticarət
mərkəzinin dağıntıları altından bu gecə daha dörd cəsəd çıxarıblar.
Bununla da faciə nəticəsində həlak olanların sayı doqquza
çatıb.
Tatarıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Andrey Rodıginin verdiyi məlumata görə, bütün cəsədlər
binanın sol tərəfinin dördüncü çıxışında tapılıb. Yanğın sağda
yerləşən kafedə başladığından bir çox ticarətçilər mallarını sol
girişdən çıxarmağa çalışıblar.
Dağıntılar altında daha 20 nəfərin, o cümlədən insanları xilas
etmək üçün özünü alovun içərisinə atan FHN-in
polkovnik-leytenantının ola biləcəyi ehtimal edilir.
Ticarət mərkəzinin dağıntılarının təmizlənməsinə cəlb olunan 800
nəfər üç növbədə çalışır. Artıq kiminsə sağ tapılmasına ümid
getdikcə azalır.
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır