Qırmızı.az
Hava soyuyacaq, yağış yağacaq, külək əsəcək - XƏBƏRDARLIQ
Sabahdan Azərbaycan hava şəraiti nisbətən dəyişəcək, martın 18-ə kimi temperatur ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcək, ölkədə yağıntılı hava şəraiti müşahidə olunacaq. Temperatur əsasən martın 16-sı və 17-si enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a
verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 15-də
hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecəyə
doğru bəzi yerlərdə yağış yağma ehtımalı var. Şimal-qərb küləyi
əsəcək, gündüz mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında martın 15-də havanın temperaturu
gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında gecə və axşam saatlarında bəzi yerlərdə
havanın yağıntılı keçəcəyi gözlənilir. Qərb küləyi arabir
güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 15-i axşamdan martın 18-dək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Bununla bağlı nazirlik rəsmi xəbərdarlıq yayıb.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər