Qırmızı.az
Əlahiddə Ümumqoşun Ordusu öz gücünü göstərdi - FOTO
Əlahiddə Ümumqoşun Ordusu üzrə hərbi qulluqçular arasında növbəti idman yarışı keçirilib. Bu dəfə hərbçilərimiz 3 km məsafəyə hərbiləşdirilmiş kross birinciliyində özlərini sınayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əvvəlcə hərbi qulluqçuların birinciliyə hazırlığı barədə məruzə edilib. Sonra Əlahiddə Ümumqoşun Ordusunun Fiziki Hazırlıq və İdman rəisi zabit Vahid Məmmədov birinciliyin məqsəd və şərtlərini şəxsi heyətin nəzərinə çatdıraraq iştirakçılara uğurlar arzulayıb.
14 komandanın iştirakı ilə keçirilən birincilikdə qalib komandalar müəyyən edildikdən sonra fərdi hesabda 1-ci yerə əsgər Anar Abbasov, 2-ci yerə gizir Pərviz Əliyev və 3-cü yerə əsgər Cümşüd Əliyev layiq görülüblər.
Qaliblər Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən "Fəxri fərman" və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO