Qırmızı.az
Bakıya yeni ödəmə terminalları gətirilib - FOTO
Bakıda Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni ödəmə terminalları quraşdırılıb.
Bu barədə Trend-ə “AzeriCard” Prosessinq Mərkəzinin biznesin inkişafı departamentinin rəhbəri Cahangir Məmmədov bildirib.
Onun sözlərinə görə, terminallarda kredit xidmətləri, kommunal
xidmətlər, mobil rabitə və internet xidmətlərinin ödənişini həyata
keçirmək mümkündür: “Hazırda terminallar bir sıra ABB filiallarında
yerləşdirilib. Tədricən terminallar bankın bütün filiallarında
quraşdırılacaq, perspektivdə isə paytaxtın ictimai yerləri nəzərdə
tutulur. Yeni terminalların “MilliÖN” və “eManat” terminallarından
fərqi odur ki, ödənişi həm nağd pulla, həm də bank kartı ilə həyata
keçirmək olur. Həmçinin terminal nağd pulu karta köçürməyə imkan
yaradır”.
Hazırda ödəmə terminalları bazarında “Komtec” şirkətinin “MilliÖn”,
“Modenis” şirkətinin “eManat” və “Expressbank” ASC-nin “ExpressPay”
terminalları təqdim olunur. Bu qurğular kommunal xidmətlər,
stasionar və mobil telefonlara görə ödənişlər, internet, kabel
televiziyası və bank kreditləri üzrə fəaliyyət göstərir.
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi