Qırmızı.az
Suriyada döyüşlərdə iştirak edən iki azərbaycanlıya hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silahlı
birləşmələrdə iştirak etməkdə təqsirli bilinən 1966-cı il
təvəllüdlü Firdovsi Yusifov və 1986-cı il təvəllüdlü Taleh
Soltanovun cinayət işi üzrə məhkəmə prosesi başa
çatıb.
Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.Yusifov 11 il 6 ay, T.Soltanov isə 7 il 6 ay
müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib. İttiham aktına görə, F.Yusifov və T.Soltanov Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər. Belə ki, F.Yusifov Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 2011-ci ilin ortalarında İran İslam Respublikasına gedərək qanunsuz yolla Pakistanın Vəziristan vilayətinə keçib və orada “Təhriki Taliban” adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki “Tayfatul Mansura” adlı silahlı dəstənin “əmir”i təyin edilərək, həmin silahlı dəstənin tərkibində 2013-cü ilin avqust ayınadək fəaliyyət göstərib.
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI