Qırmızı.az
Bərdədə 4 nəfər 19 yaşlı qızı qaçırdı
Bərdə rayonunun Bəcirəvan kənd sakini Fəxrəddin Qarayev
qızının oğurlanması barədə pois şöbəsinə şikayət ərizəsi ilə
müraciət edib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, şikayət
daxil olduqdan sonra əməliyyatçılar araşdırmaya başlayıb.
Araşdırmalar zamanı məlum olub ki, kənd sakini 19 yaşlı Aysel
Baratlı öz həmkəndliləri 41 yaşlı Seyfəddin Quliyev, Elnur
Süleymanov, Amil və Zamiq Əliyevlər tərəfindən kənddəki gözəllik
salonundan çıxarkən qaçırılıb. Onlar qızı zorla avtomobilə
mindirib. Həmin şəxslər qızı Sabirabad rayonuna aparıblar.
İşi araşdıran müstəntiq Çingiz Paşayev ANS PRESS-in bölgə
müxbirinə verdiyi məlumata görə, qızı ailə qurmaq məqsədilə
qaçırıblar.
“Ailə qurmaq məqsədilə qaçırıblar. Amma zor tətbiq etməklə, yəni
zərəçəkmişin iradəsinə zidd olaraq, onun razılığı olmadan
qabaqcadan qrup təşkil edərək onu qaçırıblar”, - deyə Çingiz
Paşayev bildirib.
Qaçırılan Aysel artıq ailəsinə təhvil verilib. Evlənmək üçün bu
addımı atdığını deyən Amil Əliyev isə indi törətdiyi hadisədən
peşmandır.
“Bir səhvdi etmişəm də... Çox peşmanam”, - deyə təqsirləndirilən
Amil Əiyev bildirib.
Qeyd edək ki, adam oğurluğunda təqsirləndirilən Amil Əliyevi 5
ildən 10 ilə qədər həbs cəzası gözləyir. Polis hazırda hadisədə
digər şəxslərin iştirakının olub-olmadığını araşdırır.
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir