Qırmızı.az
Nürnberq şəhərində Xocalı soyqırımına həsr olunmuş yürüş-mitinq keçirilib
Azərbaycan diaspor təşkilatları Almaniyanın Nürnberq şəhərindəki mərkəzi meydanda - Jakobsplazda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar yürüş-mitinq keçiriblər.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat
xidmətindən Trend-ə verilən məlumata görə, Xocalı qurbanlarının
ruhunun bir dəqiqəlik sükutla anılması və Azərbaycanın dövlət
himninin oxunması ilə başlayan aksiya 2 saat davam edib.
Aksiyada Azərbaycan diasporunun fəal üzvlərində biri Yeganə
Məmmədzadə alman dilində ermənilərin Xocalıda azərbaycanlılara
qarşı həyata keçirdiyi soyqırım haqqında məlumat verib. Daha sonra
Azərbaycan və Türk icmalarının nümayəndələri çıxış edərək Avropanı
20-ci əsrin ən dəhşətli qətliamlarından biri - Xocallı soyqırımına,
eləcə də, BMT qətnamələrinin yerinə yetirilməməsinə, Azərbaycan
torpaqlarının hələ də işğal altında olmasına biganə qalmamağa
çağırıb.
Mitinqdə şəhər sakinlərinə Xocalı faciəsinin əks etdirən foto və
məlumatlar olan broşürlər paylanıb, onlara soyqırım haqqında
məlumatlar verilib.
Daha sonra aksiya yürüşlə davam edib. Əllərində qətliam
qurbanlarının fotolarını, Azərbaycan, Türkiyə, Almaniya bayraqları
və plakatlar tutan mitinq iştirakçıları Nürnberqin mərkəzi küçələri
ilə yürüş edərək "Xocalıya ədalət!", "Qarabağa Azadlıq!" "Avropa,
Qarabağın işğalına susma!" kimi şüarlar səsləndiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Odlar Yurdu
Azərbaycan-Alman Dostluq Mədəniyyət Cəmiyyəti və Azərbaycan
diasporunun fəalı Akif Məmmədovun təşkilatçılığı baş tutan aksiyaya
digər türkdilli xalqların təmsilçiləri də qatılaraq soydaşlarımıza
dəstək nümayiş etdiriblər. Onların arasında Balkan Türkləri
Birliyi, Avropa Batı Trakya Türkləri Federasiyası, Türk Günü
Dərnəyi, Türk Ocakları, Türk Vəlilər Dərnəyinin fəal üzvləri
olub.
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər