Qırmızı.az
İşğalçı ölkələrə qarşı iqtisadi sanksiyaların tətbiqi ilə məşğul olan yeni təşkilat yaradılır
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalı Soyqrımı” gününə həsr edilmiş Beynəlxalq Konfrans keçirilib.
Publika.Az-ın məlumatına görə, tədbirdə Beynəlxalq Korpusun nümayəndələri, nazirliklər, komitə və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, millət vəkilləri, xarici ölkələrdən dəvət edilmiş qonaqlar iştirak edib.
Millət vəkili, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası idarə heyətinin üzvü Xanhüseyn Kazımlı Xocalı Soyqrımı faciəsini törədənlər, faciənin Azərbaycan xalqı üçün ağır nəticələri, Beynəlxalq səviyyədə onun tanınması istiqamətində Heydər Əliyev fondunun apardığı işlər barədə məlumat verib. O, həmçinin, Beynəlxalq Qiymətləndirmə standartları əsasında qiymətləndirilməsi və xarici ölkələrdə prezentasiyaların keçirilməsi, ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə yerinə yetirilən işlər barədə məlumat verib.
Tədbirdə Azərbaycanın Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının idarə heyətinin Baş direktoru Nikolay Trifonov, Almaniya Sosial Demokrat partiyasının üzvü, deputat Ulf peter Brambrink, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, xalq yazıçısı Çingiz Abdullayev iştirak edib.
Çıxış edənlər təkcə Xocalı soyqrımını törədənlərin deyil 1988-1994-cü illərdə Ermənistanın havadarları ilə birlikdə Azərbaycana silahlı təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı hər cür itki və təlafatların təsnifatı üzrə də Beynəlxalq Qiymətləndirmə standartlarına əsasən dəyərinin hesablanması, bu istiqamətdə Beynəlxalq səviyyəli təqdimatların keçirilməli olduğunu bildiriblər.
Dünyada baş verən münaqişələrə son qoymaq üçün günahkar tərəfin iqtisadi sanksiyalarla cəzalandırılması barədə də təkliflər səsləndirilib. Bu məqsədlə də ən başlıca istiqamətlərdən biri olaraq “İşgüzar Əməkdaşlığa “hə”, münaqişələrə, müharibələrə, terrora birdəfəlik “yox” deyən ölkələr”in təşəbbüsü ilə Beynəlxalq Elita Birliyi İttifaqının (BEBİ) yaradılması təklif edilib. Azərbaycanın təşəbbüsü ilə yaradılan bu təşkilatın əsasənaməsinin hazrılanaraq təşəbbüsə tərəfdar çıxan ölkələrə bu istiqamətdə müraciətlərin göndərilməsi qərara alınıb.
Gülxar
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...