Qırmızı.az
Tarix İnstitutunda Əli bəy Hüseynzadənin 150 illiyinə həsr edilmiş tədbir keçirildi
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda Əli bəy Hüseynzadənin 150 illik yübileyinə həsr edilmiş elmi sessiya keçirilib.
Sessiyanı giriş sözü ilə əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov açıb. Geniş məruzə ilə çıxış edən Yaqub Mahmudov Əli bəy Hüseynzadənin Azərbaycanın Milli Mücadilə tarixinin əvəzolunmaz şəxsiyyəti olduğunu bildirib. O, Əli bəy Hüseynzadə ideyalarının türk xalqlarının birliyinə xidmət etdiyini, onun gələcək nəsillər üçün ən güclü ideoloqlardan biri olduğunu, Əli bəy Hüseynzadə türkçülüyünün Azərbaycandan başladığını qeyd edib.
Sessiyada Tarix İnstitutunun əməkdaşları
tarix ü. e.d. İradə Bağırova, t.ü.f.d. Sevinc Əliyeva, Hakim
Qənbərov Əli bəy Hüseynzadənin həyatı, yaradıcılığı, türkçü
ideyaları, publisistikası haqqında maraqlı məruzələrlə çıxış
ediblər.
Elmi sessiyada Əli bəy Hüseynzadənin qardaşı
nəvəsi Cəmilə Hüseynzadə də iştirak edib. O, çıxışında Əli bəy
Hüseynzadə haqqında özünün və atasının xatirələrindən
danışıb.
Publika.Az
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi