Qırmızı.az
Hərbçilərin yanaraq öldüyü qəzanın VİDEOSU
Bu gün Bakı-Qazax avtomagistralının Tovuz rayonunun Əyyublu kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.
AzVision.az Türkəl TV-ə isitnadən xəbər verir ki, Ford Tranzit markalı mikroavtobusla Mercedes markalı minik maşını toqquşub. Nəticədə mercedes markalı avtomobil yoldan çıxaraq yanmağa başlayıb. Alovun avtomobilin yanacaq çəninə keçməsi partlayışa səbəb olub. Partlayış güclü olduğundan avtomobil hissələrə bölünüb.
Hadisənin necə baş veridyini yaxınlıqda yaşayan sakinlər TTV-yə
danışdılar. Hadisə zamanı Mercedesin sürücüsü və sərnişini 28 yaşlı
İsmayıllı rayon sakini baş leytenant Elçin Nəzərov və Tovuz rayon
Yuxarı Öysüzlü kənd sakini müddətdən artıq həqiqi hərbi xidmət
qulluqçusu 31 yaşlı Seymur Zeynalov yanaraq yerindəcə dünyasını
dəyişib.
Meyidləri deformasiyaya uğramış avtomobildən hadisə yerinə cəlb
olunmuş Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon şöbəsinin
əməkdaşları xüsusi alət və avadanlıqlarla çıxardaraq aidiyyəti üzrə
təhvil veriblər. Fordun sürücüsü 76 yaşlı Gəncə şəhər sakini Saleh
Məmmədov ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi
Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə hadisəyə səbəb Mersedesin yüksək sürətlə Ford
markalı mikroavtobusun yoluna çıxması olub. Qəzanın daha dəqiq
səbəbləri isə Baş Dövlət Yol Polis İdarəsi və Tovuz rayon
Prokurorluğunda araşdırılır.
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO