Qırmızı.az
"Darvin bankası" yatağı üçün yeni özül layihələndirilir
"Azneft" İstehsalat Birliyinin "Abşeronneft" NQÇİ-nin sifarişi əsasında "Darvin bankası" yatağı üçün yeni 760 saylı stasionar dəniz özülü layihələndirilir.
Publika.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki,
"Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında inşa
olunacaq özülün baş podratçısı "Neftqaztikinti" Trestidir.
10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin
9-9,5 metr dərinliyində yerləşdiriləcək. Quyuların hər birindən
sutkada 50 ton neft hasil ediləcəyi nəzərdə tutulur. 8 bloklu
özüldə ən müasir qazma avadanlığı, 36 nəfərlik vaqon tipli yaşayış
evləri, sərnişin və yük meydançaları, hər birinin yükqaldırma
qabiliyyəti 30 ton olan iki ədəd qaldırıcı kran, yanğından mühafizə
sistemi, biloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlar
quraşdırılacaq.
Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin
etmək məqsədilə özüldə 3 ədəd dizel elektrik generatoru
yerləşdiriləcək. İnşaat və istismar müddətində özüldə ətraf mühitin
mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin
ediləcək.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ