Qırmızı.az
"Şərq tərəfdaşlığı" ölkələrinin fövqəladə hallar xidmətləri Tbilisidə təlimlər keçiblər
Tbilisidə "Şərq tərəfdaşlığı" proqramının himayəsi
altında "PPRD East" proqramının komanda təlimlərinin baş
planlaşdırma konfransı başa çatıb.
Gürcüstan Daxili İşləri Nazirliyi xəbər verir ki, proqramın
iştirakçılarına sertifikat və mükafatlar təqdim olunub.
Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova və Ermənistanın fövqəladə
hallar xidmətlərinin nümayəndələri irimiqyaslı fəlakətlər zamanı
birgə xilasetmə əməliyyatlarını planlaşdırıb, həmçinin humanitar,
texniki təchizat metodlarını müzakirə ediblər.
Tərəflər, eyni zamanda, beynəlxalq medianın fəaliyyət planını və
mətbuat xidmətlərinin əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, "PPRD East" "Şərq tərəfdaşlığı" ölkələrində
antropogen və təbii fəlakətlərin qarşısının alınması, onlara
hazırlıq və reaksiya verilməsi üzrə proqramdır.
Proqramı Avropa İttifaqı maliyyələşdirir. /Trend/
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu